Sosial şəbəkə istifadəçiləri kəsmə taxtasındakı dəliyin ikinci funksiyasını kəşf ediblər.

Foodinfo.az xəbər verir ki, ondan sadəcə taxtanı asmaq üçün yox, doğranmış məhsulları  qazana və ya qaba tökmək üçün istifadə etmək olar.

Bu zaman tərəvəz və meyvələr yerə düşmə riski olmadan asanlıqla qazana (qaba) tökülür. Çox sadə olan bu üsul kulinariya prosesini asanlaşdıra bilər.

Bundan başqa, kəsmə taxtası vasitəsilə soyuducuda ərzaq saxlamaq üçün əlavə rəf yaratmaq olar. Bunun üçün taxtanı saxlama müddəti uzun olan məhsulların üzərinə qoyun, üstünə isə digər məhsuları.

Natəvan