Sinqapurda həkimlər ürəkbulanma və qusma şikayəti ilə xəstəxanaya müraciət edən 55 yaşlı kişinin yemək borusundan bütöv bir səkkizayaq (osminoq) çıxarıblar.
Foodinfo.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Belə ki, kişi tərkibində səkkizayaq və digər dəniz məhsulları olan yeməyi yedikdən dərhal sonra qusmağa başlayıb və udqunmaqda çətinlik çəkib.
Xəstəxanaya çatdırıldıqda onun qida borusunda, daha dəqiq desək, mədə ilə qida borusunu birləşdirən qastroezofageal sfinkterdən beş santimetr məsafədə səkkizayağın ilişib qaldığı məlum olub.
Həkimlər xəstə üzərində qastroskopiya aparılıb və endoskopun köməyi ilə mollyusku itələmək və ya çıxarmaq qərarına gəliblər, lakin cəhdlər uğursuz alınıb. O zaman həkimlər endoskopu səkkizayağın yanından keçirərək, onu başından tutub yemək borusundan çıxarıblar.
Prosedurdan sonra xəstə tez bir zamanda düzəlib və iki gün sonra xəstəxanadan buraxılıb.
Leyla