Menopauza zamanı qadının vəziyyətini yüngülləşdirməyin ən təsirli yollarından biri əvəzləyici hormonal terapiyadır.
Foodinfo.az xəbər verir ki, bu barədə ginekoloq Kristina Seçenova danışıb.
Klimaks zamanı qadın gah istilik hiss edib tərləyir, gah üşüyür, yuxu pozğunluğu, əsəbilik, narahatlıq və hətta depressiya əlamətləri ilə qarşılaşır.
Hormon terapiyası bu vəziyyətdə kömək edə bilər, lakin hər bir dərmanda olduğu kimi, hormonal dərmanların da öz əks göstərişləri var. Buna görə də, hormon terapiyası təyin etməzdən əvvəl xəstə hərtərəfli müayinədən keçməlidir. Məsələn, daha öncə döş xərçəngi keçiribsə, o zaman bu dərmanlar ona təyin edilməyəcək.
Hormonal dərmanlar, ovestin kremi kimi yerli təsirə malik olsalar belə, menopauzayla əlaqəli atrofik vaginit simptomları (vaginada qaşınma və yanma) ilə mübarizədə də istifadə olunur.
Hormon terapiyasından başqa, qadına sağlam həyat tərzi, sağlam qidalanma, həmçinin müntəzəm idman və cinsi əlaqə kömək edə bilər.
Nərmin