Norveçin Qida, Balıqçılıq və Akvakultura Tədqiqatları İnstitutunun tədqiqatçıları avropalıların mətbəxlərində ən çox rast gəlinən əsas bakteriyaları müəyyən ediblər.

Foodinfo.az xəbər verir ki, tədqiqat zamanı Macarıstan, Fransa, Portuqaliya, Rumıniya və Norveçdən olan 74 ailədən nümunələr təhlil edilib.

Nəticədə, ekspertlər müəyyən ediblər ki, Avropa mətbəxlərində Acinetobacter, Pseudomonas, Enhydrobacter, Enterobacteriaceae, Psychrobacter, Chryseobacterium, Bacillus və Staphylococcus kimi bakteriyaların müəyyən növləri üstünlük təşkil edir.

Onlar mətbəxlərdə əsas "mikrobiota"dır və süngərlər, su çanaqları və kranın tutacaqları vasitəsilə ötürülə bilər.

Maraqlıdır ki, Campylobacter, Salmonella və Listeria kimi patogen bakteriyalar az sayda nümunələrdə aşkar edilib və onların mətbəxlərdə yayılması nisbətən az olub.

Eyni zamanda, insan dərisində tez-tez rast gəlinən stafilokoklar daha çox kranın tutacaqlarında aşkarlanıb.

Nərmin