Liej Universitetinin alimləri heyrətamiz kəşf ediblər. "WASP-193b" ekzoplanetini "peşmək"lə müqayisə etmək olar.
Foodinfo.az xəbər verir ki, bu planet Yer kürəsindən 1200 işıq ili uzaqlığındadır və təəccüblü dərəcədə aşağı sıxlığa malikdir.
"WASP-193b" Yupiterdən 1,5 dəfə böyükdür, lakin onun kütləsi bu nəhəngin kütləsinin cəmi 0,13-nə bərabərdir.
Ekzoplanet həm də sürətli illik dövriyyəsi ilə seçilir. Onun bir ili Yerin bir gününün cəmi 6,25-nə bərabərdir.
"WASP-193b"nın ən heyrətamiz cəhəti sıxlığıdır. Hər kub santimetr üçün cəmi 0,059 qramdır ki, bu da peşməyin (şəkərli pambığın) sıxlığından (0,05 q/sm3) bir qədər yüksəkdir.
Müqayisə üçün qeyd edək ki, Yerin sıxlığı 5,51 q/sm3 təşkil edir.
Alimlər qeyd edirlər ki, belə “boş” planetlər adətən uzun müddət mövcud olmur və gənc ulduzların yaxınlığında yerləşir. Bununla belə, "WASP-193b" artıq 6 milyard yaşı olan ulduzun ətrafında fırlanır. Bu, belə bir planetin necə sağ qala bilməsi ilə bağlı suallara və onda halqa sisteminin mövcudluğu ilə bağlı fərziyyələrə səbəb olur.
Natəvan