Qədim misirlilərin qidası onların sosial vəziyyətindən və sərvətindən asılı idi. Qəbirlərdəki rəsmlərdə, tibb və arxeoloji risalələrdə Misirin əyanları və fironları üçün hər cür yeməklər göstərilir. Yemək seçimləri bugünkü müasir dünyada bir çox insanlar üçün olduğu kimi zənginlər üçün də geniş idi.
Foodinfo.az xəbər verir ki, qədim Misirdə soğan, sarımsaq, pırasa, lobya, mərcimək, noxud, turp, kələm, xiyar və kahı kimi müxtəlif növ tərəvəzlər yetişdirilirdi. Xurma, əncir, nar, bostan, üzüm kimi meyvələr də var idi. Şirniyyatları şirinləşdirmək üçün baldan da istifadə olunurdu.
Nil və digər çaylar boyu düzənliklərin hər il su altında qalması torpağı taxıl bitkilərinin böyüməsi üçün münbit edirdi.
Lakin fermerlər ətdən yalnız xüsusi hallarda istifadə edirdilər. Yemək üçün yetişdirilən ev heyvanlarına qoyun, keçi və donuz daxil idi.
Fironlar, zadəganlar ova gedirdilər ki, bu həm əyləncə, həm də ayinlərə və dinə diqqət üçün idi. O dövrün adi insanları heyvan ətindən daha az istifadə edirdilər. Ona görə də kasıblar ala bilmədikləri başqa ətlər əvəzinə balıq ətindən istifadə edirdilər. Nil çayında, delta bölgəsində və Aralıq dənizində çoxlu sayda dəniz növləri var idi. Nil çayında tutulan balıqlar yoxsul insanlar üçün vacib protein mənbəyi idi. Balıqçılıq üsulları qarmaq və cizginin və ya tələ və torun istifadəsini əhatə edirdi.
Dəlillər göstərir ki, yoxsul misirlilər siçan və kirpi kimi gəmiriciləri də ovlayırdılar.
Firon və ailəsi şəhərin mərkəzində böyük bir sarayda yaşayırdılar. Bu saray qalın ağ divarlarla əhatə olunmuşdu. Bu bina ağacdan və gildən tikilmiş, işıqlı və havalı idi və müasir saraylardan daha az mebelə malik idi. Saray ləvazimatları arasında aslan pəncəli ayaqları olan stullar, geyim və zinət əşyaları üçün qara və fil sümüyü sandıqlar, kənarları bəzəkli dar çarpayılar var idi. Hər yerdə qızıl parıltı görünürdü.
Şəbnəm