Koronavirus xəstələrində sağalandan sonra da bərpa olmayan qoxubilməni geri qaytarmaq üçün xəstələr daim məşq etməlidir
Foodinfo.az xəbər verir ki, LOR həkim İqor Branovan 4 həftə ərzində qoxubilmənin geri qayitmağa başlayacağını bildirib.
Əgər anosmiya aylarla davam edərsə, insanlar bu tədbirləri görməlidir:
- Səhər-axşam burunu natri –xlor və ya apteklərdə satılan dəniz suyu ilə yumaq
- Eləcə də LOR həkim hormonal burun spreyləri yaza bilər. Onlar qoxu reseptorlarını aktivləşdirir, ödemi götürür.
- Hər gün 3-5 dəfə sizə tanış və xoş qoxuları bir –bir iyləyin: qızılgül yağı, mixək, limon, portağal, kəskin yağlardan, bitkilərdən kamfora, ekvalipt.
- Qoxuları bir –bir iyləyib, onları beyninizdə yada saımağa çalışın
Bu metodları ruhdan düşmədən 1 ay etmək lazımdır.