Seçenov Universitetinin alimləri canlı hüceyrələrdən və kollagendən olan qulaq pərdəsinin analoqunu bioprinterdə çap etməyi bacarıblar.
Bu barədə Foodinfo.az Rusiya məbuatına istinadən xəbər verir.
“Timpanik membranın perforasiyasını bərpa etmək üçün biz yeni və daha mürəkkəb toxuma mühəndisliyi strukturları yaratmağa qərar verdik. Biz biouyğun hidrogel və hüceyrə sferoidləri olan əvvəllər hazırlanmış biomürəkkəbi əsas götürdük. Sonra 3D bioprinterdən istifadə edərək konstruksiyaları çap etdik”, - universitetdən bildirilib.
Qulaq pərdəsinin perforasiyası bütün dünyada milyonlarla insana təsir edir, eşitmə qabiliyyətinin itirilməsinə və buna görə də peşəkar və sosial adaptasiyanın pozulmasına və həyat keyfiyyətinin itirilməsinə gətirib çıxarır
Qeyd edilib ki, yeni texnologiya bu patologiyadan əziyyət çəkən insanlara yardım prosesini xeyli asanlaşdırır. Belə ki, bunun sayəsində əməliyyat adi haldan dəfələrlə tez - təxminən 40 dəqiqə ərzində baş verəcək.
Yekun klinik tədqiqatlardan sonra insanların müalicəsinə başlamaq planlaşdırılır.