Rusiya Federasiyasının Dövlət Duması rəqəmsal rublu ölkədə qanuni valyutaya çevirən qanun layihəsini qəbul edib.

Foodinfo.az-ın məlumatına görə, bu o deməkdir ki, rəqəmsal rubl artıq hüquqi status alır və onun istifadəsi qaydaları müəyyən edilir.

Yeni qanun Rusiya Federasiyasının Mərkəzi Bankı, maliyyə platformasının iştirakçıları və adi vətəndaşlar arasında münasibətləri müəyyən edir. Rəqəmsal rublla əməliyyatlar, tariflər və əməliyyatların şərtləri Rusiya Bankının Direktorlar Şurası tərəfindən tənzimlənəcək.

Təşkilatlar üçün komissiya 0,3% təşkil edəcək, lakin adi istifadəçilər üçün komissiyanın tutulması planlaşdırılmır.

Qanunun yeni müddəalarının qüvvəyə minməsi 1 avqust 2023-cü il tarixinə planlaşdırılır. Bu o o deməkdir ki, yaxın gələcəkdə Rusiya vətəndaşları müxtəlif maliyyə əməliyyatları üçün rəqəmsal rubldan istifadə edə biləcəklər.

Natəvan