
Smartfon və digər qacetlərdə yüksək temperaturun təsiri nəticəsində akkumulyatorların tutumu azalır və nəticədə onların istismar müddəti azalır.
Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya Kibertəhlükəsizlik və Rəqəmsal Texnologiyalar İnstitutunun İntellektual İnformasiya Təhlükəsizliyi Sistemləri şöbəsinin müdiri Şamil Maqomedov danışıb.
Onun sözlərinə görə, əgər qacetiniz artıq qızıbsa (məsələn, avtomobildə, çimərlikdə), onu enerji ilə doldurmazdan əvvəl otaq temperaturunda saxlamaq, bir az soyumaq lazımdır. Söhbət cihazı soyuducuya yerləşdirməkdən deyil, təbii soyutmadan gedir. Və yalnız bundan sonra elektrik kabelini qoşmaq olar.
İstidə simsiz şarj cihazlarından da imtina etmək məsləhətdir: onlar smartfonları daha çox qızdırırlar. Beləliklə, telefonun şarj yığdığı otaqda temperatur 27 °-dən çox olarsa, ənənəvi şnurdan istifadə etmək daha yaxşıdır.
Birbaşa günəş şüaları da qacetlər üçün təhlükə yaradır: yüksək temperatur və həddindən artıq qızma OLED ekranına və hətta korpusun bütövlüyünə zərər verə bilər. 60 ° temperaturda cəmi bir neçə dəqiqə qalan smartfonun ekranında geri dönməz dəyişikliklər baş verə bilər. Məsələn, təsadüfən telefonunuzu avtomobilin idarə panelində qoysanız, o belə bir temperatura məruz qala bilər.
Silikondan və ya qalın parçadan hazırlanmış örtüklərdən də istidə imrtina etmək yaxşıdır ki, normal hava dövranı və təbii soyutmaya mane olmasın.
Natəvan