"Penguin Random House" nəşriyyatı noyabrın 21-dən məşhur "The Witcher" oyununa həsr olunmuş yemək kitabının satışına başlayacağını elan edib.

Foodinfo.az xəbər verir ki, "Nerds Kitchen" və "Witcher Kitchen" saytlarının müəllifləri Anita Sarna və Karolina Krupetskaya tərəfindən yaradılan kitabda "White Orchard-dan olan bişmiş meyvələr", "Lambertin düşbərələri" və "Skellige əhalisinin resepti ilə hazırlanmış balıq" kimi oyundan ilhamlanmış yeməklər təqdim olunacaq.

Reseptlərin ümumi sayı 80-dən çox olacaq və onlar müxtəlif mürəkkəblik dərəcələrinə malik olacaqlar. Kitabda, həmçinin, "The Witcher"in müəllifi olan Anjey Sapkovskinin ön sözü də yer alacaq.

Qeyd edək ki, ingilis dilində yazılan kitab ötən il çıxmalı idi və "The Witcher 3" pərəstişkarları bu yemək kitabının nəşrini son illər səbirsizliklə gözləyirdilər. 

Fərid