Uşaqda yastıpəncəliyin olduğunu göstərən bir neçə əlamətlər var: yerişin pozulması, ayaqqabının tapdalanması və s.

Foodinfo.az xəbər verir ki, bu barədə uşaq klinikasının ortoped-travmatoloqu Vladislav Lısikov danışıb.

Onun sözlərinə görə, iki yaşdan yuxarı uşaqlarda ayaqqabının daxili səthi tapdalanırsa, bu, daban sümüyünün içəriyə "düşdüyünü" və uzunlama yastıpəncəliyin yarandığını göstərir.  

Ayağın altında qabar və cızıqların olması, baş barmağın içəriyə doğru əyilməsi də yastıpəncəliyin əlaməti ola bilər. Bu halda barmağın xarici səthində dəridə qızartı olur.

Diz oynaqları birləşir, ayaq pəncələri isə ayrılırsa, bu, tez-tez yastıpəncəliklə müşayiət olunan, diz oynağı səviyyəsində valqusdur, 

Geniş və yastı ayaq eninə olan yastıpəncəlikdir. 

Mütəxəssis yerişin pozulmasını yastıpəncəliyin mühüm əlaməti adlandırıb. Yeddi və ya səkkiz yaşa qədər bir uşaq gəzərkən pəncələrini çox vaxt içəriyə doğru basırsa, bu, baldırların daxili əzələlərinin zəifliyini, bəlkə də, yastıpəncəliyin olduğunu göstərir. 

14-16 yaş arası yeniyetmələr isə yastıpəncəlik zamanı sümüklərdə və diz oynaqlarında deformasiya yaandığı üçün adətən pəncələrini bayır tərəfə çevirir.

Nərmin