İki milyondan çox abunəçisi olan great_life_union Instagram səhifəsində ömrü qısaldan məhsulların adı çəkilib. Foodinfo.az xəbər verir ki, videoda insanlar üçün zərərli olan aşağıdakı məhsullar qeyd olunur.
1. Çipslər;
2. Konservləşdirilmiş yeməklər və kolbasa;
3. Ketçup və mayonez;
4. Hazır əriştə;
5. Şirin qazlı içkilər.
Məhz bu məhsullar orqanizm üçün ən təhlükəlidir, çünki onların tərkibində konservantlar, boyalar və tez yağlara çevrilən sürətli karbohidratlar var. Bu məhsullar ateroskleroz, diabet və hipertansiyonun yaranmasına kömək edir.