Dietoloq Veronika Qusakova NEWS.ru-ya bildirib ki, hinduşka əti insanlar üçün demək olar ki, idealdır.

Foodinfo.az xəbər verir ki, bu məhsulun tərkibində B1, B2, B6 və B12 vitaminləri, həmçinin sink, fosfor və selen var. Mütəxəssis əlavə edib ki, hinduşka toyuqdan daha az yağlıdır.

O, xatırladıb ki, hinduşkanın tərkibində xoşbəxtlik hormonu olan serotonin istehsalında iştirak edən triptofan amin turşusu var. Hinduşkanın tərkibindəki treonin kollagen və elastinin sintezi üçün lazımdır.