
Modifikasiya olunmuş koronavirusun köməyi ilə insanları xərçəngdən müalicə etmək mümkünddür.
Foodinfo.az xəbər verir ki, bu fikri virusoloq Pyotr Çumakov səsləndirib.
O, hesab edir ki, koronavirus xərçəngi müalicə etmək potensialına malik ola bilər.
Həkim müşahidə edib ki, "COVID-19"a yoluxub sağalan bəzi xərçəng xəstələrinin vəziyyəti əhəmiyyətli dərəcədə yüngülləşib. Bunun səbəbi ondadır ki, viruslar xərçənglə mübarizə apara bilir, çünki şiş hüceyrələri viruslara qarşı müdafiə qabiliyyətini itirərirlər və onların çoxalmasına şərait yaradırlar.
Çumakov güman edir ki, koronavirusdan onkolitik dərman kimi istifadə oluna bilər, lakin bunun üçün onun yoluxuculuğunu aradan qaldırmaq lazımdır ki, təhlükəli olmasın.
Bunlara baxmayara, o, xərçəngin müalicəsi üçün koronavirusdan istifadənin ən yaxşı seçim olmadığını düşünür, çünki hazırda onkolitik terapiya kimi istifadə edilən daha az təhlükəli viruslar var. Çumakov xərçəngin müalicəsində istifadə olunan viruslara misal olaraq enterovirusları qeyd edib.
Virusoloq vurğulayır ki, xərçəngin müalicəsində viruslardan istifadə yalnız fərdi hallarda təsirli ola bilər, çünki nəticələr xəstədən asılı olaraq dəyişir.
Leyla