Əks göstəriş olmadığı halda yaşlı insanlar gündə dörd stəkan çay içə bilərlər.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina deyib. 

Mütəxəssis çayın faydalı olduğunu və ürək-damar xəstəliklərinin, o cümlədən hipertoniyanın qarşısını almağa kömək etdiyini qeyd edib. 

Çayın tərkibində antioksidantlar da var.

Lakin müəyyən hallarda, məsələn yüksək təzyiq zamanı bu içkidən imtina etmək daha yaxşıdır, çünki çayın tərkibindəki kofein kofedəkindən az deyil. 

Bundan əlavə, bəzi yaşlı insanların sinir sistemi ilə bağlı problemləri var və kofeinli içki onlara mənfi təsir göstərə bilər.

Çayın, həmçinin, sidikqovucu təsiri də var, ona görə də böyrək probleminiz varsa, onu içmək məsləhət deyil.

Şəkərli diabet xəstələri də bu içki ilə ehtiyatlı olmalıdırlar: onun içinə şəkər, bal qatmamalı, şirniyyatla içməməlidirlər.

Solomatina əlavə edib ki, çayın tərkibində taninlər də var. Mədə-bağırsaq traktının xəstəlikləri zamanı onlar selikli qişaya kifayət qədər ağır təsir göstərə bilərlər, xüsusən də çay acqarına içildiyi halda.

Fərid