ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları Çikaqoda şəhər binalarının altında "yeraltı iqlim"i araşdırıblar.
Foodinfo.az-ın məlumatına görə, məlum olub ki, torpağın həddindən artıq qızması uzun müddət sonra binaların deformasiyasına və keyfiyyətlərinin azalmasına səbəb ola bilər. Tədqiqat zamanı həm yerin üstündə, həm də altında yerləşdirilmiş 150-dən çox temperatur sensorundan ibarət simsiz şəbəkədən istifadə olunub.
Məlumatlar göstərib ki, binaların altında temperatur park ərazilərindən 10°C yüksəkdir.
Bölgədəki torpaqların xüsusiyyətlərini nəzərə alsaq, bu, yumşaq gilli torpağın sıxılaraq 8 mm çökməsinə, bərk gilli və qumlu, əhəngdaşı torpaqların isə 12 mm qalxması ilə nəticələnə bilər.
Bu dəyişikliklər kiçik görünsə də, binaların quruluşuna mənfi təsir göstərə bilər.
Qeyd edək ki, bu tədqiqatın nəticələri yeraltı iqlim dəyişikliyinin şəhər infrastrukturuna təsirini başa düşməyə kömək edəcək və gələcəkdə binaların dayanıqlığını təmin etmək üçün müvafiq tikinti həllərinin hazırlanmasına imkan verəcək.
Fərid