Zengli saatınız çalındığı ilk dəfədən, ertələmədən yerinizdən qalxmağa çalışın. 5-10 dəqiqəlik fərqlə bir neçə zəng qurmaq sağlamlıq üçün zərərli ola bilər.

Foodinfo.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Təhsil Universitetinin Psixologiya fakültəsinin psixoloji konsultasiya kafedrasının dosenti Anjelika Polina bildirib.

Onun sözlərinə görə, zəngli saatı lazım olan vaxtdan 5-10 dəqiqə tez qurmaq yuxu hormonu melatoninin düzgün ifraz edilməməsini stimullaşdırmaqla beyin funksiyasını poza bilər. Əlavə zəng qursanız belə, bu qısa müddətdə yuxunuzu ala bilməyəcəksiniz.

Gec oyanmaq vərdişi adətən gənclik dövründə, bioloji ritmlərimizin dəyişdiyi və gündəlik iş rejiminin əvvəlki kimi olmadığı zaman formalaşır. Bir çoxları tədricən oyanmağı faydalı hesab edir, lakin həkimlər bunun əksini deyirlər. Onlar hesab edirlər ki, 5-10 dəqiqəlik qısa bir yuxunun xeyirdən çox zərəri var.

Polina ilk zəngdən dərhal sonra ayağa qalxmağı və ikinci zəngi yalnız "hər ehtimala" qurmağı məsləhət görür.

Leyla