
Kütləvi tədbirlər zamanı istehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə qida məhsullarının daşınmasına dair tələblərə riayət olunmalıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Foodinfo.az-a bildirilib ki, qida məhsullarının daşınması zamanı keyfiyyət və təhlükəsizlik tam şəkildə qorunmalıdır. Tez xarab olan məhsullar yalnız xüsusi qablarda və temperatur şəraiti olan avadanlıqlarda saxlanmalı və daşınmalıdır. Qida məhsulları hazırlanarkən düzgün bişirilmə temperaturuna riayət edilməlidir.
Dondurulmuş qida məhsullarının donunun açılması proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donu açılan qida məhsulları təkrar dondurularaq istifadə olunmamalıdır.
Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz.
