Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Proqram təminatlarının hazırlanması və innovativ həllər şöbəsində proqramçı vəzifəsində çalışmaq istəyən peşəkar kadrları işə dəvət edir.
Foodinfo.az xəbər verir ki, işə qəbul olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
• Ali təhsilli olmalıdırlar;
• PHP (PHP Core, OOP, Laravel) proqramlaşdırma dili üzrə iş təcrübələri olmalıdır;
• MySQL və Git ilə işləməyi bacarmalıdırlar;
• REST API üzrə iş təcrübələri olmalıdır ;
• HTML5, JavaScript, jQuery, Bootstrap kimi frontend texnologiyaları üzrə bilikləri olmalıdır;
• Kod analizi, oxunaqlı və səliqəli kod yazma qabiliyyətinə malik olmalıdırlar;
• Analitik düşünməni və düzgün dəyərləndirmə aparmağı bacarmalıdırlar;
• Tətbiqlərə lazım olduqda, dəyişiklikləri müəyyənləşdirməli və tətbiq etməlidirlər;
• Texniki ingilis dili biliklərinə (dokumentasiyanı oxuyub başa düşmək səviyyəsində) sahib olmalıdırlar;
• Komanda ilə işləməyi, vaxtı düzgün idarə etməyi və analiz aparmağı bacarmalıdırlar;
• Dəqiq, intizamlı, təşəbbüskar və məsuliyyətli olmalıdırlar.
Proqramçı vəzifəsinə yiyələnəcək şəxslərin görəcəyi işlər aşağıdakılardan ibarətdir:
• Yeni proqram təminatının/veb saytın hazırlanması;
• Hazır proqramlarda əlavə və dəyişikliklərin icra olunması;
• Veb saytın inkişaf etdirilməsi.
Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Proqram təminatlarının hazırlanması və innovativ həllər şöbəsinin proqramçısı” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.