
Ölkəmizdən Çin Xalq Respublikasına quş əti və quş əti məhsullarının ixracı ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, hazırda bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər görülməkdədir.
Eyni zamanda, Çinə həmin məhsulların ixracını həyata keçirmək istəyən quş əti istehsalçıları ilə görüş keçirilib və bu ölkənin idxal tələbləri barədə ətraflı məlumatlar verilib.
