
Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixracı üçün intensiv tədbirlər həyata keçirilir.
Bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər aparılır.
Bu barədə Foodinfo.az-a AQTA-dan bildirilib.
Eyni zamanda, Çinə fındıq və badam məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlarla görüşlər keçirilib və idxal tələbləri barədə ətraflı məlumatlar verilib.

