
AQTA tərəfindən bitki mənşəli məhsul istehsalı sahələrinin və ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir. Bitkiçilikdə qeydiyyat prosesinin həlli sahənin inkişafına təkan verəcək. Foodinfo.az xəbər verir ki, qeydiyyat təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınmadan və yə təsdiq olunmadan fəaliyyət göstərməsi qadağandır.
Bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi olduqca sadə və sürətlidir. Belə ki, obyektlər hər hansı qiymətləndirmə aparılmadan qeydiyyata alınır. Eləcə də, bu qeydiyyat sahibkarlar qarşısında hansısa öhdəlik yaratmır.
Prosesin əhəmiyyətli üstünlükləri də var:
- qeydiyyat fermerlərə dəstək xarakterli olduğu üçün ödənişsizdir;
- məhsulların xarici bazarlara çıxış imkanları artırılır;
- əhalinin sağlam qida ilə təmin edilməsi məqsədilə təsərrüfatların sağlamlaşdırılması prosesində dövlət orqanının nəzarəti gücləndirilir;
- torpaq resurslarından əhalinin tələbatına uyğun istifadə edilməsi məqsədilə dəqiq uçot aparılır.
Qeydiyyat prosesi ilə bağlı videoçarxla bu linkdə tanış ola bilərsiniz.