Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.Talışxanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həşimov Anar Soltanağa oğluna məxsus “Göyərçin” kafesində yoxlama keçirib. 

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.