Adətən qış aylarında insanların xiyar və pomidora tələbatı az olur. Həm baha olduğundan, həm də qış tərəvəzi olmadığına görə alıcıları bunlara çox meyllənmir və bu məhsullar piştaxtalarda qalır. Bəs parniklərdə yetişdirilən bu tərəvəzləri əslində necə saxlamaq lazımdır?
Foodinfo-a şikayət edən və adının çəkilməsini istəməyən vətəndaş xiyar və pomidorun tez xarab olmasından narazılıq edir. O bildirir ki, artıq bununla necənci dəfədir xiyar alır və bir gün sonra həmin xiyarlar acı-zəhər daddığı üçün onu atmağa məcbur olur. Belə həm pulu israf olur, həm də orqanizminin bu dərmanlı tərəvəzlərdən zəhərləndiyini hesab edir. Şikayətçinin sözlərinə görə, o bu xiyarları Bakıda yerləşən meyvə-tərəvəz mağazalarından alır və həmin məhsulların yerli olduğu bildirilir.
Meyvə-tərəvəz mağazasında çalışan satıcı isə deyir ki, belə hallar daha çox qış fəslində baş verir.
"Bizdə satılan bütün meyvə tərəvəzlər "Meyvəli” bazarından alınır. Xiyarın acı dadması və turş olması ilə bağlı onu deyə bilərəm ki, belə hallar qışda baş verir. Çünki tərəvəzlər parnikdə yetişir və onları çox saxlamaq olmur. Dəfələrlə olub ki, bir gün sonra qalan xiyarları pis vəziyyətə düşdüyü üçün satışdan çıxarmışıq. Hətta onu deyim ki, iran xiyarlarını bir gündən artıq saxlıyanda həmin tərəvəzdən turş dad gəlir. Ancaq xiyardan acı dad gəlməsi ilə bağlı hər hansı şikayət almamışıq”, - deyə satıcı bildirdi.
Tərəvəzçilik Elmi – Tədqiqat institunun direktoru Elmar Allahverdiyevin fikrincə,belə hallar bir neçə səbəbdən ola bilər.
"İlk növbədə tərəvəzləri analiz etmək lazımdır ki , bu tərəvəzlər hansı səbəbdən bu hala düşüb. Ən böyük faktor budur ki, xiyarda olan acılıq bir necə səbəbdən yarana bilər. Birinci bu genetik xüsusiyyətdən irəli gələ bilər, ikinci səbəb isə yetişdirmədə problem ola bilər. Ola bilər ki, gübrə düzgün qaydada veilməyib və azotun miqdarı artıq düşdüyü üçün belə hal baş verib. Onu da qeyd edim ki, azotun miqdarı çox olan zaman tərəvəzdə bu acılıq təzə yığanda hiss olunmur , bir neçə gün sonra özünü göstərir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, xiyardan balıq qoxusu gəldiyi barədə onlara şikayət daxil olub.
Ümümiyyətlə bizə xiyar və pomidordan zəhərlənmə barəsində hər hansı bir şikayət daxil olmayıb. Amma bizdə xüsüsi bir cihaz var ki, hansı ki, biz onunla məhsullarda olan dərmanın miqdarını normadan nə qədər çox olmasını ölçə bilirik. Bizə xiyarın acı zəhər dadması haqqında deyil, xiyardan balıq dadı gəlməsi barəsində məlumat daxil olub. Əgər acı zəhər dad gəlirsə mütləq bu barədə AQTA-nın qaynar xəttinə məlumat verilməlidir və bu barədə ölçü götürülməlidir, - deyə Eyyub Hüseynov bildirdi.
Qeyd edək ki, 2019 –cu il də qida zəhərələnməsi ilə bağlı Azərbaycan Qida TƏhlükəsizliyi Agentliyinə 485 müraciət daxil olub. Onlardan 166 vətəndaşa qidadan zəhərlənmə diaqnozu qoyulub.
Nurlan