Alma: Tərkibindəki su və pektin adlı xüsusi bir lif sayəsində mədədə həcm yaradır. Əgər çox acmısınızsa, yeməkdən əvvəl darçın səpilmiş yarım alma yeyib üstündən 1 stəkan su içmək iştaha nəzarəti təmin edəcək. Paxlalılar: tədqiqatlar gün ərzində quru paxla yeyənlərin, yeməyənlərə görə, daha tox hiss etdiyini göstərir. Zülal məzmunu yüksək olan bu qidalar eyni zamanda antioksidant, dəmir, B vitamini və lif qaynağıdır. Şorba: Yeməklərdən əvvəl içilən bir kasa şorba, mədədə həcm tutur və daha az kalori qəbulunu təmin edir. Daha da təsirli olması üçün bol miqdarda ədviyyat əlavə edə bilərsiniz. Turşu: Probiotiklərin nə qədər faydalı olduğunu artıq hamımız bilirik. Turşu da mayalandığından faydalı bakteriyaları ehtiva edən probiotik bir qida qaynağıdır. Bu sayədə həzmə kömək edir və iştahın tənzimlənməsini təmin edir. Bibər: Aparılan araşdırmalar, yeməklərində bibər istehlak edən insanların, yeməyənlərə nisbətdə doyma hissinin daha uzun olduğunu göstərmişdir. Yumurta: Günə yumurtayla başladığınız gün, həm günortaya qədər aclıq hiss etməyəcək, həm də günorta yeməyində daha nizamlı bir şəkildə yemək yeyəcəksiniz. Acı şokolad: Acı şokoladın qan təzyiqini salmaq təsiri ilə birlikdə, həm şirin, həm də duzlu yemək istəyini azaltdığı müşahidə edilmişdir. (Deyerler.org)