Kartof haqqında geniş yayılmış “kartof kökəldir” fikri tam doğru deyil. Yeni açıqlamalara görə, kartofun çəki artımına təsiri əsasən onun necə bişirildiyindən və nə qədər yeyildiyindən asılıdır.

Foodinfo.az xəbər verir ki, qızardılmış kartof (fri, çips) yüksək yağ və kalori ehtiva etdiyi üçün çəki artımına səbəb ola bilər. Həmçinin kartofun yağlı souslar, mayonez və ya çoxlu çörəklə birlikdə istehlakı da artıq kaloriyə gətirib çıxarır.

Bununla yanaşı, qaynadılmış, sobada bişmiş və ya buxarda hazırlanmış kartof sağlam və doyurucu qidadır. Bu üsullarla bişirilən kartof liflə zəngin olduğu üçün insanı daha uzun müddət tox saxlayır və həzmə müsbət təsir göstərir.

Normal porsiyada kartof yemək çəki artımına səbəb olmur. Dietoloqlar əsas yeməklə birlikdə orta ölçülü bir kartofun kifayət etdiyini bildirirlər. Problem isə çox böyük porsiyalar və yağlı hazırlanma üsullarında yaranır.

Kartofu gecə saatlarında çox miqdarda yeməmək tövsiyə edilir, çünki bu halda artıq enerji bədəndə yağ kimi toplanır.