
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Yevlax rayonu, Aşağı Bucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Bədəlov Kərim Şubay oğluna məxsus “Kərim” marketdə yoxlama keçirilib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı müraciətdə göstərilən fakt təsdiqini tapıb. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışa çıxarıldığı məlum olub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması, dövriyyədən çıxarılması və məhv edilməsi barədə qərar qəbul olunub.


