Qarğıdalı bitkisi (latınca - Zea mays) dünyada geniş şəkildə becərilən və istehlak olunan bitkilərdən biridir. İlk əvvəllər Meksika torpaqlarında yetişdirilən bu bitki növü, dəniz səyyahı Kolumb tərəfindən Avropaya gətirilmişdir. Həmin zamandan bəri, qarğıdalı bitkisi qlobal miqyasda tanınaraq müxtəlif iqlim şəraitlərində becərilən bitki növünə çevrilmişdir. Qarğıdalı qida mənbəyi olmaqla yanaşı, eyni zamanda, heyvandarlıq üçün yem bitkisi, həmçinin müxtəlif sənaye sahələri üçün xammal mənbəyi olaraq da istifadə olunur.

Qarğıdalı bitkisinin yetişdirilməsi

Qarğıdalı bitkisindən bol məhsul əldə etmək üçün təmiz toxum seçilməli, iqlim şəraitinə diqqət edilməli, su və gübrələmə prosesləri mütəmadi şəkildə tətbiq edilməlidir. İndi isə gəlin, qarğıdalı bitkisinin əkin qaydaları haqqında ətraflı tanış olaq.

Qarğıdalı bitkisi hansı iqlimdə yetişir?

Qarğıdalı bitkisi tropik, subtropik və mülayim iqlim qurşaqlarında yetişdirilə bilər. Günəş işığını sevən bitkilərdən olduğu üçün daha çox isti iqlimdə yaxşı yetişir. İlk əkin zamanı qarğıdalı bitkisinin tələb etdiyi orta torpaq temperaturu 10 dərəcədir. Qarğıdalı yetişdirmək üçün isə ideal temperatur isə 22-34 dərəcə aralığındadır. Qarğıdalı bitkisinin yetişdirildiyi bölgələrdə gecə və gündüz temperaturunun bir-birindən kəskin fərqlənməməsi vacibdir. Əks halda məhsuldarlıq səviyyəsi aşağı düşür.

Qarğıdalı bitkisi hansı torpaqlarda yetişir?

Qarğıdalı bitkisinin qida maddələri ilə zəngin, yaxşı qurudulmuş və havalandırılan torpaqlarda yetişdirilməsi məqsədəuyğundur. Torpağın turşuluq səviyyəsi isə 6-7 aralığında, yəni neytral olmalıdır. Baxmayaraq ki, qarğıdalı bitkisi torpaq baxımından çox seçici deyil, ancaq şoran torpaqlara və yüksək su səviyyəsinə həssasdır. Buna görə də bu cür ərazilərdə becərilməsi məsləhət görülmür.

Qarğıdalı toxumları necə əkilir?

Qarğıdalı toxumunun əkini zamanı torpaq növü və bölgənin iqlim şəraiti nəzərə alınmalıdır. Belə ki əkin sahəsinin üst qatı quru və isti olduğu halda, toxum daha dərinə əkilməlidir. Məsələn, gilli torpaqlarda qarğıdalı toxumunu 7.5-8 sm, qumsal torpaqlarda isə 12.5 sm dərinlikdə əkmək tövsiyə olunur. Əgər torpaq qarğıdalı əkini üçün əlverişli şəraitə malikdirsə, dənin əkin dərinliyi 5-8 sm ola bilər. Qarğıdalı toxumlarının səpin norması əkinin məqsədindən asılı olaraq dəyişir. Silos əldə etmək məqsədilə aparılan əkin daha sıx olduğu halda, dənlik qarğıdalı əkini zamanı əkin sıxlığına diqqət yetirilməldir. Bitkinin günəş işığını qəbul etməsi və havalanması mümkün olmalıdır. 

Qida məqsədilə əkin zamanı hektara 45-50 min bitki, silos əldə etmək üçün hektara 60-70 min bitki əkilməsi məqsədəuyğundur. Quraqlıq rayonlarda bu say 45 min, suvarılan sahələrdə isə 50 min götürülə bilər. Bitkilər arası məsafə 22-25 sm, cərgə arası məsafə isə 70 sm (70×25, 70x22) olmalıdır. 

Qarğıdalı əkini nə zaman aparılır?

Ölkəmizdə qarğıdalı əkini Aran rayonlarında aprel ayının birinci və ikinci ongünlüyündə, dağətəyi rayonlarında isə aprelin sonunda və may ayının əvvəlində aparılır. 

Qarğıdalı bitkisi necə suvarılır?

Qarğıdalı bitkisi inkişafının müxtəlif dövrlərində suvarmaya ehtiyac duyur. Qarğıdalının ilkin suvarılması boruya çıxma fazasında, bitki boyu 10-15 sm-ə çatdıqda həyata keçirilir. Daha sonra süpürgə yaranmazdan əvvəl, həmçinin süpürgələrin çıxışından bir həftə əvvəldən başlayaraq çiçəkləmə fazası bitənə qədər suvarma aparılır. Nəhayət dənin dolması mərhələsində suvarma işləri tamamlanır.

Qarğıdalı bitkisinin gübrələmə proqramı necədir?

Qarğıdalı əkinindən əvvəl torpaq sahəsində analizlər aparılmalı və bitkinin ehtiyacı olan qida maddələri müəyyən edilməlidir. Bu müəyyənləşdirmə əsasında uyğun gübrələr tətbiq edilməlidir. Qarğıdalı bitkisində 100 kq dən üçün təxminən 2.5 kq azot, 1 kq fosfor və 1.5 kq kalium gübrəsi tələb olunur. Ölkəmizdə geniş istifadə edilən peyin də qarğıdalı tarlası üçün ideal gübrədir. Buna görə də qarğıdalı bitkisinin gübrələmə proqramı peyin, fosfor və kalium gübrələrinin torpaq becərilməsi zamanı əsas şum altına verilməsi ilə başlayır.

Azot, kalium fosforlu gübrələr haqqında geniş məlumatlara nəzər yetirin.


Qarğıdalı toxumlarının satışı

Qarğıdalı sahələrindən bol və keyfiyyətli məhsul yığımı üçün keyfiyyətli toxum seçmək başlıca şərtdir. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq keyfiyyətli qarğıdalı toxumlarını əldə edə bilər. Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

Qarğıdalı toxumunun qiyməti

gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan qarğıdalı toxumlarının qiyməti ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz.

Pioneer P1921 F1 qarğıdalı toxumu 
Fernando Ptc F1 qarğıdalı toxumu 
Pioneer qarğıdalı toxumu 31Y43 F1
Pioneer P1921 F1 qarğıdalı toxumu 
Pioneer P2088 F1 qarğıdalı toxumu