Bayram hazırlıqları hər zaman yalnız sevinc gətirmir. Foodinfo.az bildirir ki, ispan psixiatrı Gilherme Trevizan qeyd edir ki, ilin sonuna yaxın insanlar stres və emosional yorğunluq səbəbindən daha çox psixiatrla məsləhətləşməyə ehtiyac duyurlar.

Həkim izah edir ki, bayram öncəsi hazırlıqlar və müxtəlif adətlər insanın diqqətini çox yayındırır. Korporativ tədbirlər, “Gizli Santa” oyunları, menyu planlaması kimi fəaliyyətlər sinir sisteminə əlavə yük salır.

Trevizan tövsiyə edir ki, insan enerjinizi artıran hadisələrə və sizi ruhlandıran insanlarla ünsiyyətə üstünlük verin, enerjinizi boşaldan şəxslər və mühitlərdən isə mümkün qədər uzaq durun.

Belə yanaşma stressi azaldır, emosional balansı qoruyur və bayramı daha xoş və rahat keçirməyə kömək edir.