Səhər acqarına bəzən yanlış qidalar mədəyə mənfi təsir göstərə bilər. Foodinfo.az bildirir ki, dietoloq Natalya Mizinova xəbərdarlıq edir ki, bəzi məhsullar səhər yeməyindən əvvəl istehlak edilməməlidir.
Mütəxəssis izah edir ki, xam kələm, turp ilə salatlar və tam taxıllı çörək mədəyə mexaniki təsir göstərərək narahatlıq yarada bilər. Eyni zamanda, sitrus şirələri və kofe mədənin turşuluğunu artıraraq erosiv qastrit riskini yüksəldə bilər.
Həmçinin, yoqurt və kefir acqarına içildikdə faydalı bakteriyalar mədənin gecə ərzində formalaşmış güclü turşu mühitində məhv ola bilər və probiotik təsir azalır.
Dietoloq tövsiyə edir ki, səhər ilk növbədə bir stəkan ilıq su içmək mədənin turşuluğunu yumşaldır, həzm sistemini işə salır və səhər yeməyinin daha faydalı olmasına şərait yaradır.
Belə sadə qaydalar səhər enerjinizi artırır və mədənin sağlamlığını qorumağa kömək edir.






