Tut qurusu qış mövsümündə həm enerji verən, həm də bir çox xəstəliklərdən qoruyan təbii qida kimi diqqət çəkir. Bu meyvə həm vitamin, həm də mineral baxımından zəngin olması ilə sağlamlıq üçün əhəmiyyətli rol oynayır.
Foodinfo.az xəbər verir ki, tut qurusu xüsusilə qanazlığının qarşısını almaqda, immun sistemi gücləndirməkdə və bədənə təbii enerji verməkdə təsirli qidalar siyahısında yer alır. Tərkibindəki dəmir, kalsium, lif və antioksidantlar sayəsində orqanizmi həm viruslara qarşı gücləndirir, həm də hüceyrələrin yaşlanmasının qarşısını alır.
Bu qida bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyi azaldır və həzm sistemini tarazlayır. Eyni zamanda ürək-damar sağlamlığını dəstəkləyir, pis xolesterinin yığılmasının qarşısını almağa kömək edir.
Təbii və əlavə şəkərsiz bir qida olan tut qurusunun gündəlik rasiona az miqdarda daxil edilməsi həm uşaqlar, həm də böyüklər üçün faydalı hesab olunur.






