
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Bu Qaydalar qida məhsulları ilə təmas edən, qida məhsulları ilə təmas etməsi nəzərdə tutulan və ehtimal olunan material və məmulatlara dair tələbləri müəyyən edir.
Sözügedən Qaydaların əhatə dairəsinə aid edilən material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli və qida məhsulunun orqanoleptik xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.
Bununla yanaşı, Qaydalarda aktiv və ağıllı, kağız, metal və şüşə əsaslı materiallara dair xüsusi tələblər, eyni zamanda plastik material və məmulatlardakı müəyyən maddələr üçün məhdudiyyətlər göstərilib. Əlavə olaraq, sənəd qida məhsulları ilə təmasda olan material və məmulatların etiketlənməsi ilə bağlı tələbləri əhatə edir.
Qaydalarla ətraflı bu linkdən tanış ola bilərsiniz.