
“Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.
Qida təhlükəsizliyinin təmin olunmasında məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi mühüm rol oynayır. Məhsulların mənşəyinin və hərəkət zəncirinin qeydə alınmaması, qida mənşəli risklərin vaxtında aşkarlanmasına, habelə istehlakçıların qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsinə maneə yaradır.
Qida subyektləri fəaliyyətlərini Nazirlər Kabinetinin 2023-cü il 13 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”na uyğun təşkil etməlidirlər.
Ətraflı məlumat üçün videoçarxı izləyə bilərsiniz:.


