Yaş artdıqca orqanizmin qoruyucu və metabolik funksiyaları zəifləyir, bir çox xəstəliklərin riski artır. Foodinfo.az 1001sovet saytına istinadla bildirir ki, bəzi meyvələrin 50 yaşdan yuxarı şəxslər üçün istehlakı sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər hesab edir ki, qlükoza həssaslığı yaşla azalır, buna görə də yüksək şəkərli meyvələrdən ehtiyat etmək lazımdır. Bunlara üzüm, mango, banan və şirin alma daxildir. Bu meyvələr diabet riskini artırmaqla yanaşı, mövcud xəstəlikləri də ağırlaşdıra bilər.

Düyünlü və həzm baxımından ağır meyvələrdən biri də qarpızdır. II tip diabet, ödem və böyrək problemləri olan şəxslər üçün qarpız istehlakı tövsiyə edilmir. O, maye tutumuna səbəb ola bilər və arterial təzyiqi yüksəldə bilər.

Qovun da yaşlılar üçün bir qədər riskli məhsuldur. Onun həzm prosesi nisbətən çətin olduğundan boş qarnına yemək mədə-bağırsaq problemlərinə, meteorizm və şişkinliyə gətirib çıxara bilər. Eyni zamanda qovun diabet və hipertoniya riski olan şəxslər üçün məhdudlaşdırılmalıdır.

Beləliklə, 50 yaşdan yuxarı şəxslər meyvə seçərkən tərkibində şəkər nisbəti yüksək olan məhsullara diqqət etməli və qovun, qarpız kimi həzm baxımından ağır meyvələrdən ehtiyat etməlidirlər. Düzgün seçim orqanizmin qorunmasına və xroniki xəstəliklərin ağırlaşmasının qarşısını almağa kömək edir.