Alkoqol təkcə ürək xəstəlikləri deyil, həm də ağız xəstəlikləri, hətta xərçəng riskini artırır.
Foodinfo.az xəbər verir ki, Nyu York Universitetinin Langone Tibb Mərkəzinin alimləri araşdırma apardıqdan sonra spirtli içkilərin ağızda pis və faydalı bakteriyaların tarazlığını pozduğunu bildiriblər.
Belə ki, xərçəng mərkəzinin epidemioloqu bildirib ki, araşdırma nəticəsində spirtin ağız boşluğunda mikrofloranın sağlam balansına mənfi təsir göstərdiyinə dair aydın sübutlar əldə edilib.
Tədqiqat həm də siqaret çəkmə kimi içkinin niyə xərçəngə və xroniki xəstəliklərə səbəb olan bakterial dəyişikliklərə səbəb olduğunu izah etməyə kömək edəcək.
Alimlər aşkar ediblər ki, spirt “yaxşı” bakteriyaları öldürür və potensial zərərli bakteriyaların ağızda çoxalmasına imkan verir ki, bu da periodontal xəstəlik və həzm sistemi xərçənginə səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, hətta orta miqdarda spirt istehlakı da sağlamlığa zərər verə bilər.
Nyu-York Universitetinin komandası insanların analiz üçün nümunələr və üstünlük verdikləri spirt haqqında ətraflı məlumat verdiyi iki böyük araşdırma aparıb.
Nəhayət, elm adamları 1000-dən çox insanın, o cümlədən 270 içki içməyən, 614 orta səviyyədə içən və 160 ağır içki qəbul edənlərin məlumatlarını emal etdilər.
Gündə orta hesabla iki içkidən çox içən kişilər və gündə birdən çox içki içən qadınlar çox içənlər kateqoriyasına aid edilib.
Daha çox içən insanlar ağız sağlamlığına faydalı təsir göstərən "yaxşı" bakteriyaların, laktobakillaların daha kiçik populyasiyalarını göstərdilər.
Fərid