Kataloniya Açıq Universiteti və Kolumbiya Universitetindən olan bir qrup ekspert axşam saat beşdən sonra yemək yeyən insanların sağlamlığı üçün ciddi fəsadlar aşkarlayıb.

Foodinfo.az bildirir ki, elmi iş Qidalanma və Diabet jurnalında dərc olunub.

Yeni araşdırmada 50-75 yaş arası, artıq çəki və ya piylənmə, prediabet və ya 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 26 nəfər iştirak edib

Alimlər deyirlər ki, axşam saat 5-dən sonra gündəlik kalorilərinin 45%-ni və ya daha çoxunu qəbul edən insanlarda qan şəkərini tənzimləmək qabiliyyəti azalır. Gec yemək diabet inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Bədənin gecə qlükozanı metabolizə etmək qabiliyyəti məhduddur, çünki sirkadiyalı ritm səbəbindən insulin ifrazı azalır və hüceyrələrimizin bu hormona həssaslığı azalır.