ABŞ-ın Kornell Universitetinin alimləri müəyyən ediblər ki, alkoqollu və alkoqolsuz pivə qidada olan bakteriyaların böyüməsini sürətləndirə bilər.

Foodinfo.az xəbər verir ki, onların araşdırmasının nəticələri “Journal of Food Protection” jurnalında dərc olunub.

Müəlliflərin tapıntılarına görə, aşağı alkoqollu və alkoqolsuz pivə E.coli və salmonella kimi qida yoluxucu patogenlər üçün çoxalma yeri ola bilər. İstehsal, saxlama və ya qablaşdırma zamanı içkiyə daxil ola bilərlər.

Bununla belə, tərkibində spirt olmayan və ya az miqdarda pivə içməyin aşkar faydaları da var. Bu içkinin tərkibində vitamin və minerallar var və ürək-damar sisteminə faydalı təsir göstərir. Lakin yeni araşdırmalar müəyyən edib ki, pivədən spirtin çıxarılması qida ilə yoluxan patogenlərin böyüməsi üçün ideal mühit yarada bilər.

Nurlan