Almanın orqanizmə fayda verməsi üçün onları müntəzəm olaraq deyil, həm də vaxtında istehlak etmək lazımdır.
Foodinfo.az bildirir ki, səhər yeyilən alma enerji qatacaq, həzm sistemini, ürəyi və beyni aktivləşdirəcək.
Ancaq qastrit, yüksək turşuluq, mədə və onikibarmaq bağırsağın xorası və ya xolelitiazınız varsa, acqarına alma yeməməlisiniz.
Mütəxəssislər gün ərzində almanı yeməkdən yarım saat əvvəl və ya 30-60 dəqiqə sonra qəlyanaltı kimi yeməyi məsləhət görürlər.
Axşam da alma yeyə bilərsiniz. Tərkibindəki B vitaminləri və melatonin hormonu sağlam yuxuya kömək edəcək.
Amma nəzərə almaq lazımdır ki, alma bir az sidikqovucu təsirə malikdir və şişkinliyə səbəb ola bilər.
Fərid