Dünyaya yeni göz açmış uşağın başlıca qida mənbəyi ana südüdür. Ana südündə olan maddələr körpəni yolxucu xəstəliklərdən qoruyur və immunitetini gücləndirir. Bəzi qidalar ana südünü artırmaq, digərləri isə azaltmaq xüsusiyyətlərinə malikdir. Süd verən analar bunu mütləq nəzərə almalıdır. Ana südünü artıran qidalara yulaf yarması, badam, qatıq, ərik, qızıl balıq, ispanaq, paxlalılar, xurma, qəhvəyi düyü aiddir. Ana südünü azaldan qida və maddələrə isə kofein (çayın, qəhvənin, enerji içkilərin tərkibində olur), cəfəri, siqaret və spirtli içkilər, yarpız, nanə aiddir. Ana südünün körpə üçün yeganə qida mənbəyi olduğu dövrlərdə, ana sağlam qidalanmaya xüsusilə diqqət etməlidir.