Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Böyük Britaniyada “Təftiş Reformu Beynəlxalq Konfransı 2018: tənzimləmənin maneələrinin dəf edilməsi məqsədilə Transformasiya, Texnologiya və Ticarət” adlı beynəlxalq konfransda iştirak ediblər.
25 millətdən 65 məruzəçnin dinlənildiyi konfransda 19 təhsil səfəri təşkil edilib, 15 tematik seminar həyata keçirilib. Beynəlxalq konfransdaticarət, standartlar, texnologiya və innovasiya mövzuları, tərəfdaşlıq münasibətləri və effektiv tənzimləyici islahat üçün qabaqcıl təcrübənin daha yaxşı qavranılması məqsədilə dövlət məmurlarının işinin tənzimlənməsi məsələləri müzakirə edilib. Konfrans çərçivəsində Böyük Britaniyanın biznes və pərakəndə ticarət, istehsal, nəqliyyat, əczaçılıq, lisenziyalaşdırma, yanğın təhlükəsizliyi və s. üzrə ixtisaslaşmış təşkilatlarında görüşlər keçirilib. Həmçinin, normativ tənzimləmə, beynəlxalq standartlar, ticarətin asanlaşdırılması, şəffaflıq və nəticələrin idarəedilməsi kimi mövzularda interaktiv seminarlar baş tutub.
Qeyd edək ki, Böyük Britaniyanın İdarəetmə, Enerji və Sənaye Strateji Departamentinin bir hissəsi olan Beynəlxalq Çatdırılmaların Tənzimlənməsi Təşkilatı və Böyük Britaniya Xarici İşlər və Həmrəylik İdarəsinin birgə təşkil etdiyi tədbirdə 70 ölkədən 350 nümayəndə iştirak edib.