Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət araşdırma qrupu Şabranda baş verən kütləvi qida zəhərlənməsi ilə bağlı hadisə yerinə ezam olunub.
Foodinfo.az SalamNews-a istinadən xəbər verir, AQTA-dan verilən məlumata əsasən Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, son iki gündə Şabran Rayon Mərkəzi xəstəxanasına 20 nəfərdən çox rayon sakini qida zəhərlənməsi diaqnozu ilə müraciət edib. İlkin ehtimala görə, həmin şəxslər doğum günü mərasimində yedikləri tortdan zəhərləniblər.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı