Tanınmış rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya-1” kanalında yayımlanan “Ən vacibi haqqında” verilişində arıqlamaq üçün düyü pəhrizinin effektivliyini qiymətləndirib. Foodinfo.az xəbər verir ki, Myasnikov bildirib ki, düyü pəhrizi arıqlamaq üçün effektiv strategiyadır. Çünki "düzgün" düyü aşağı kalorili məhsuldur. Ancaq nüanslar da var.

O, həmçinin bunun mono-pəhriz olduğunu və riayət etməyin "olduqca çətin" olduğunu qeyd edib. Əvəzində çox qidalı kombinasiya planını seçməyi tövsiyə edib.

Bildirib ki, düyünün həddindən artıq istehlakı əzələ zəifliyinə səbəb ola bilər.

Nərmin