Armud sağlamlıq üçün çox faydalı bir meyvədir. Tərkibindəki yüksək miqdarda lif həzmi yaxşılaşdırmağa və qəbizliyin qarşısını almağa kömək edir. 

Foodinfo.az xəbər verir ki, armud aşağı kalorili və yağsız olduğundan çəki idarəsində də faydalıdır. 

Vitamin C və K ilə zəngin olan armud immun sistemini gücləndirir və hüceyrələrin yenilənməsini dəstəkləyir.

Armud həmçinin antioksidantlarla doludur, bu da bədənin sərbəst radikallarla mübarizəsinə kömək edir.

Potasiumla da zəngin olan armud ürək sağlamlığını dəstəkləyir, qan təzyiqini tənzimləyir və bədən üçün vacib olan elektrolit balansını qorumağa kömək edir.