Çinə 55-60 tona yaxın Azərbaycan çayı ixrac edilib.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, bu rəqəm baxımından aşağı olsa da, çox yaxşı göstərici sayılmalıdır: "Çinin öz çay ənələri var. Azərbaycanın bu qədər həcmdə çayı Çinə ixrac etməsi çox yaxşı göstəricidir”.
Y.Abdullayev əlavə edib ki, Azərbaycanın Çində Çay Evi açmaq planı yoxdur. (Finans.az)