Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri Azərbaycan narının brendini yaratmaqdır.
Bu sözləri dekabrın 11-də ADA Universitetində Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumda assosiasiyanın sədri Fərhad Qaraşov deyib.
Sədr qeyd edib ki, assosiasiya tərəfindən mütəmadi olaraq fermerlərlə nar yetişdirilməsi sahəsində maarifləndirici tədbirlər, seminarlar təşkil edilir. Həmçinin İtaliyaya fermerlərin səfəri təşkil edilib və təcrübə mübadiləsi aparılıb. F.Qaraşov onu da əlavə edib ki, nar məhsullarının ixracı və üzərindəki etiketləri dünya standartlarına uyğun aparılır.