Ötən il Azərbaycan xaricə 174 158.19 ton xurma satıb. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir. Qeyd edək ki, bu göstərici 2020-ci illə müqayisədə 38.5% və ya 48 386.39 ton çoxdur. Ölkənin xurma satışından gəlirində də artım müşahidə olunur. Belə ki, ötən il 125 895.03 min ABŞ dolları dəyərində xurma satılıb. Bu da illik müqayisədə 37.5% və ya 34 308.35 min ABŞ dolları çoxdur.