İsrail Kulinariya İncəsənəti və Davamlı İnkişaf Assosiasiyası Mərakeşin Aqadir şəhərində ilk Beynəlxalq Kulinariya Sənəti və Mətbəx Ulduzları “Souss Gastro” Festivalı təşkil edib.

Foodinfo.az xəbər verir ki, “Mərakeş mətbəxi miras, irs və üfüqdür” devizi altında təşkil edilmiş festivalın məqsədi Mərakeş mətbəxinin zənginliyini dünyaya çatdırmaqdır.

Beynəlxalq təşkilatların tərəfdaşlığı ilə keçirilmiş festivalda Azərbaycanı beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov təmsil edib. İyirmi nəfərdən ibarət beynəlxalq münsifin yer aldığı tədbirdə dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın yarış iştirakçısı yer alıb.

Baloniya sistemi ilə qiymətləndirilən namizədlər arasından 91-100 bal toplayanlar qızıl, 81-92 bal toplayanlar gümüş, 71-80 bal toplayanlar bürünc medal, 70 baldan aşağı toplayan iştirakçılar isə sertifikatla mükafatlandırılıblar.

Müxtəlif kateqoriyalar üzrə dünya mətbəxinin yer aldığı festivalda yarışlardan əlavə, mərakeşli və beynəlxalq aşpazların iştirakı ilə ustad dərsləri keçirilib, iştirakçılara unikal kulinariya texnikası və ənənələri haqqında məlumat verilib.