Bu ilin ilk yeddi ayında Bakı əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14 milyard 276,1 milyon manat olmaqla 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artıb.
Bakı Şəhər Statistika İdarəsindən Foodinfo.az-a bildiriblər ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,9 faizini qeyri-dövlət sektoru təşkil edib. Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 3,1 faiz üstələyərək 13 milyard 687,4 milyon manat olub.
Cari ilin əvvəlindən hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artaraq 4 milyard 675,7 milyon manata çatıb.