Bədənimizin düzgün işləməsi üçün hər gün müəyyən miqdarda su içmək lazımdır. Bu miqdar nə qədərdir? Suyu başqa içkilərlə əvəz etmək mümkündürmü?
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq və endokrinoloq Anastasiya Tarasko danışıb.
Onun sözlərinə gorə, insanın daxili susuzluq hissi lazımi miqdarı müəyyən etmək üçün ən yaxşı indikatordur.
"Gecə-gündüz su içmək lazımdır - susuzluq yaranan kimi. Bədən çəkisinin hər kiloqramına görə 20-30 ml su norması fəsildən asılı olaraq dəyişir: qışda daha az, yayda isə daha çox ola bilər. Əsas odur ki, gün ərzində yanınızda bir butulka su olsun, o zaman su ehtiyatınızı düzgün şəkildə qoruya bilərsiniz.
Rasionda suyu heç nə əvəz edə bilməz, lakin ondan əlavə meyvə suyu, kompotlar, bitki çayı və açıq yaşıl çay içə bilərsiniz, əsas odur ki, içkilərdə heç bir şəkərli dadlandırıcı olmasın. Həmçinin toyuq, balıq və ətdən hazırlanan bulyonları içə bilərsiniz, lakin üzarində yağ qatının olmaması şərtilə", - deyə Tarasko əlavə edib.